Cəmiyyət

Bu yolda həm sürücülər, həm də piyadalar üçün təhlükə var - VİDEO

21 Oktyabr 2022 17:16
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yol təmir olunub, ancaq piyada keçidi rənglənməyib. Nəticədə yeni təmirdən çıxan asvalt yolda piyadalar həyati təhlükəylə üz-üzə qalırlar. Çünki hərəkət işaqforla tənzimlənsə də, yerdə piyada zolağının olmaması sürücüləri də çaşdırır. Söhbət Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsindəki 4 yol ayrıcından gedir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsində 4 yol ayrıcında piyada keçidi rənglənməyib. baxmayaraq ki, küçə 15 gündən artıqdır ki, təmir olunub.

Həmin yerdə təmirdən əvvəl piyada keçidi olsa da, indi zolaqlar yenilənməyib. Ərazidə hərəkət işıqforla tənzimlənir. Ancaq piyada zolağının olmaması sürücüləri çaşbaş salır.

Sakinlərin bəziləri hesab edir ki, həmin yerdə piyada keçidi ləğv olunub. Lakin əgər zolaq yenidən rənglənsə belə, fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin piyada keçidi ləğv olunmayıb. Ərazidəki bütün piyada zolaqlarının rənglənməsinin yenilənməsi bu həftənin sonunadək yekunlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.