Cəmiyyət

Bu kənddə bəzi uşaqlar yazıb-oxumağı bacarmırlar - VİDEO

17 Oktyabr 2022 19:32
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunun Zərqəva kəndində məktəb yoxdur. Ona görə də bu kəndin uşaqları məktəbə getmirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənddə məktəb olmadığı üçün buradakı bəzi uşaqlar yazıb-oxumağı belə bacarmırlar.

Buraya ən yaxın məktəb isə qonşu kənddədir. Amma məsafə uzaq olduğuna görə valideynlər övladlarını o məktəbə apara bilmirlər.

Valideynlər deyirlər ki, uşaqları qonşu kəndin məktəbinə ancaq atla aparmaq imkanları var. Amma havalar soyuduqda və yağış yağmağa başladıqda heç onu da etmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, məktəbsizlik ucbatından kənddən köçənlər də olub, övladını internat tipli məktəbə qoyanlar da.

Bir neçə il əvvələ qədər kənddə ancaq ibtidai məktəb olub. Amma sonradan o da ləğv edilib.

Kənd icra nümayəndəliyindən bildirildi ki, məktəb şagird azlığı səbəbindən bağlanıb.

Problemlə bağlı Ağsu rayon Təhsil Şöbəsindən isə bildirildi ki, Zərqəva kəndində şagirdlərin sayı yetərli olmadığından həmin kənddə məktəbin tikilməsi mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.