Cəmiyyət

Dünya bu tarixdə rahatlıq tapacaq - azərbaycanlı numeroloq

13 Oktyabr 2022 22:11
Baxış: 8 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

: 2029-cu ildə dünyada stabilləşmə başlayacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış numeroloq Xəyal Məmmədov Rusiya-Ukrayna savaşı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, 2022 çox ağır energetikalı ildir:

"Bu il başlamamışdan əvvəl də bəzi müsahibələrimdə bunu qeyd etmişdim, 2022 çox mənfi enerjili rəqəmdir. Ancaq bunun mənfiliyi yalnız 2022 ilə bitmir. 2022-də olan 2 ədəd 2 sıfırlanır. 3 ədəd ikinin cəmi isə 6 edir. Bunun mənası odur ki, 2022-ci ildən sonrakı 6 ildə - 2028-ci ilə qədər dünya xəritəsində çox böyük dəyişikliklər baş verəcək. Yəni bu neqativ sadəcə bu illə bitməyəcək. Müxtəlif bölgələrdə müharibələr olacaq. Təəssüf ki, yaxın müddətdə Rusiya-Ukrayna müharibəsi bitməyəcək. Rəqəmlər də bunu göstərir ki, savaş hələ davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.