Cəmiyyət

Bəzi rayonlarda qonaq evləri yaradılacaq - Sakinlər öz evlərini icarə verib, gəlir əldə edə bilərlər - VİDEO

24 Sentyabr 2022 12:44
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Turizm potensialı yüksək olan rayonlarda 50 qonaq evləri yaradılır. Sakinlər öz evlərini oraya gələn turistlərə icarə verib, gəlir əldə edə bilərlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, proses "Kəndlərdə sahibkarlığın və özünü məşğulluğun inkişafı" layihəsi çərçivəsində həyata keçirilir.

Layihə işsiz və işaxtaran şəxslərin sahibkarlığa cəlb olunmasına kömək edəcək.

Seçilən namizədlər əvvəlcə turizm-xidmət sahələri üzrə təlimlərə cəlb olunacaqlar. Daha sonra qonaq evləri kimi fəaliyyət göstərəcək obyektlərdə təmir-bərpa işləri aparılacaq. Son mərhələdə isə onlara qonaq evləri üçün lazım olan avadanlıqlar, məişət əşyaları veriləcək. Yaxın gələcəkdə layihəyə nəzarət mexanizmi formalaşdırılacaq. Qonaq evləri üçün qiymətlər ailənin özü tərəfindən müəyyən edilir. Layihəyə qoşulmaq istəyənlər Dövlət Məşğulluq Agentliyinin regional filiallarına müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.