Cəmiyyət

Bir şəkil, iki şəhid... - FOTO

16 Sentyabr 2022 18:12
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmən təxribatı nəticəsində şəhid olanlardan biri də Şabran rayon sakini Rəsulov Murad İlqar oğludur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin leytenantı, 2000-ci il təvəllüdlü Murad Rəsulov iki gün əvvəl rayonun Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, M. Rəsulovun dayısı oğlu Həsənov Xəyal Əliyulla oğlu da Vətən müharibəsində şəhid olub. 1998-ci il təvəllüdlü şəhidimiz 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.