Cəmiyyət

Şəhid Ravil Hümbətovun bacısı: “Altı yaşında çıxdığı rayonumuza silahla geri qayıtdı”

14 Sentyabr 2022 23:37
Baxış: 3 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qardaşım deyirdi ki, ya milli qəhrəman olacam, ya da general. Arzusu qismət olmadı".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri şəhid Ravil Hümbətovun bacısı Sevda Babayeva qardaşının dəfn mərasimində mətbuata açıqlamasında deyib.

O bildirib ki, qardaşı bu il komando təlimində birinci yerə çıxmışdı:

"Ravil sevə-sevə hərbçi olmuşdu. Hərbi təlimlərə qatılırdı. Xüsusi təyinatlı idi. Baxmayaraq ki, tam başqa sahə üzrə təhsil almışdı Vətənini hər şeydən çox sevirdi. 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücaətə görə beş medalla təltif edilib.

Vətəninə, millətinə layiqli övlad idi. Ailəli idi, iki gül balası qaldı. Körpə balası beş aylıqdı, cəmi üç gün gördü balasını. Sonuncu dəfə bir ay qabaq danışmışdıq. Qardaşım Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Altı yaşında çıxdığı rayona silahla geri qayıtdı. Laçına qədər gedən döyüşlərdə vuruşub.

Amma sentyabrın 12-də Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkın şəhid olub. Qardaşım şəhid olanda bizə yaralanıb dedilər. Təlaşlandıq, xəstəxana soruşacaqdıq, bizdən ev ünvanımızı soruşdular. Onda şübhələndik ki, yaralını evə gətirməzlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.