Cəmiyyət

Emin şəhid olan hərbçilərimizdən yazdı: “Əsgərlərimizə güc arzulayırıq” - VİDEO

14 Sentyabr 2022 17:56
Baxış: 2 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Emin Ağalarov Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bir neçə həftə əvvəl təşkil edilən Kəlbəcər konsertindən görüntülər paylaşaraq əsgərlərə səslənib.

"Bu yaxınlarda Vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə cəsur hərbçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. Bu gün isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir" - deyə, Emin bildirib.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.