Cəmiyyət

Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edəcək

6 Sentyabr 2022 17:08
Baxış: 541

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.

Milli Məclisdən verilən məlumata görə, Milli Məclisin sədrinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin birinci sessiyasında "Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması" mövzusunda çıxışı gözlənilir. Sammitdən sonra qadın parlament sədrlərinin iştirakı ilə keçiriləcək dəyirmi masanın yekununda Daşkənd Bəyannaməsi qəbul olunacaq.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

İşgüzar səfər sentyabrın 10-da başa çatacaq

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics