Cəmiyyət

Bakıda Opel ağaca çırpılıb, bir ailənin iki üzvü xəsarət alıb - FOTO

6 Sentyabr 2022 08:13
Baxış: 1 242
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Beləki, Ceyhun Ağayev idarə etdiyi "Opel" markalı avtomobillə əvvəlcə yol kənarındakı ağaca çırpılıb.

İdarəetmədən çıxan avtomobil səkiyə dəyərək dayanıb.

Qəza nəticəsində "Opel"-də olan C.Ağayevin ailə üzvlərindən iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.