Cəmiyyət

Sumqayıtda bu ərazidə avtomobil saxlamaq ödənişli oldu - VİDEO

2 Sentyabr 2022 20:12
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt dəmiryol vağzalında yeni qaydalar təqdbiq edilib. Vağzal ərazisində avtomobillərin parklanmasını ödənişli olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məlumata görə, parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir. Ərazidə eyni anda 120 avtomobil park edilə bilər. Yerüstü parklanma sahəsində 75, yeraltı ərazidə isə 45 avtomobil üçün yer var.

Artıq tariflər də məlumdur. Yerüstü və yeraltı parkinq sahələrinə görə ödənişlər fərqlidir.

Ödənişlər yalnız dəmir yollarının keçid kartları ilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.