"Müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var".
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Diqqət mərkəzi" verilişində deyib.
Nazir bildirib ki, bu qeyri-bərabərlik üç əsas yolla tənzimlənir.
"Biz çalışırıq ki bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. 21-ci əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir", - deyə nazir qeyd edib.
Milli.Az