Bakıda 22 yaşlı gənc qadını avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində 2000-ci il təvəllüdlü Əlizadə Günay Binnət qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az