Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

11 Avqust 2022 08:12

Bakıda 22 yaşlı gənc qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində 2000-ci il təvəllüdlü Əlizadə Günay Binnət qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az