Cəmiyyət

Yoluxanların sayı 500-ü keçdi

5 Avqust 2022 19:51
0 Şərh     Baxış: 2 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 3 054 nəfərdir.

Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.