Cəmiyyət

Bakıda yük maşını piyadanı üzərindən keçərək öldürüb

30 İyul 2022 08:20
0 Şərh     Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən "Shacman" markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory