Cəmiyyət

Yeni məktəbli formalarının ilkin qiyməti açıqlandı - VİDEO

27 İyul 2022 17:32
0 Şərh     Baxış: 2 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, 2022/2023-cü il tədris ilinin sonunda Azərbaycanda yeni məktəbli formaları tətbiq ediləcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, məsələ ilə bağlı AzTV-də yayımlanan süjetdə formaların ilkin qiymətləri ilə bağlı rəqəm səsləndirilib. Qeyd edilib ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur.

Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva yeni məktəbli formalarının ilkin qiymətlərini açıqlayıb: "İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək".

Həmin süjeti təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.