Cəmiyyət

Bakıda qardaşlardan birini öldürüb, digərini yaralamışdı

26 İyul 2022 08:50
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1997-ci il təvəllüdlü S.Dadaşov 10 il müddətinə azadlıqan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 22-də Qaradağ rayonunda baş verib. Sərxan Dadaşov Lökbatan qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, hadisəni özünü müdafiə etmək məqsədiylə törədib. Onun sözlərinə görə, Sərxan qardaşlar tərəfindən hücuma məruz qalıb və bu zaman Samir Cəfərov onu beşbarmaqla vurub.

Əlavə edək ki, azadlıqdan məhrum edilən S.Dadaşov taksi sürücüsü kimi fəaliyyət göstərib. Hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.