Cəmiyyət

Azərbaycanda AĞIR QƏZA: İkisi polis olmaqla ölən və yaralananlar var - ŞOK VİDEO

21 İyul 2022 21:21
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. "Toyota", "NİVA" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.

Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.