Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Səbinə Əli qızı və oğlu, 2018-ci il təvəllüdlü H.Məmmədov yolu keçərkən avtomobil onları vurub.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az