Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

19 İyul 2022 08:04

Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Səbinə Əli qızı və oğlu, 2018-ci il təvəllüdlü H.Məmmədov yolu keçərkən avtomobil onları vurub.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az