Göyçayda baş verən yanğın ağır qəzaya səbəb olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, yol kənarında kol-kosun yanması duman qatı yaradıb və sürücülərin hərəkətində çətinlik yaradıb. Bu səbəbdən rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Vəliyev idarəetməni itirib və onun maşını yoldan çıxaraq yanan kol-kos ərazisinə aşıb.
Hadisə nəticəsində sürücü ağır xəsarətlər alıb, avtomobili isə yanaraq yararsız hala düdüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az