Tüstüdən yolu görmədi, maşını yanan əraziyə aşdı

14 İyul 2022 08:32

Göyçayda baş verən yanğın ağır qəzaya səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, yol kənarında kol-kosun yanması duman qatı yaradıb və sürücülərin hərəkətində çətinlik yaradıb. Bu səbəbdən rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Vəliyev idarəetməni itirib və onun maşını yoldan çıxaraq yanan kol-kos ərazisinə aşıb.

Hadisə nəticəsində sürücü ağır xəsarətlər alıb, avtomobili isə yanaraq yararsız hala düdüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az