Cəmiyyət

Azərbaycanda balıqdan 5 nəfər zəhərlənib, bir nəfər ölüb - YENİLƏNİB - TƏFƏRRÜATLAR

9 İyul 2022 23:42
0 Şərh     Baxış: 2 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:42

Siyəzənin Yenikənd kəndində baş vermiş kütləvi zəhərlənmədə zərərçəkən daha 4 nəfər Bakıya aparılıb.

Rayon sakinləri 2008-ci il təvəllüdlü Quliyeva Nazilə, 2010-cu təvəllüdlü Quliyev Əsəd, 2011-ci il təvəllüdlü Quliyeva Türkanə və 2014-cü il təvəllüdlü Quliyev Fizulinin səhhətləri ağırlaşdığına görə Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

21:49

Siyəzəndə 5 nəfər zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.