Cəmiyyət

Paytaxt yollarının bitməyən tıxac dərdi: Bu yolların alternativi yoxdur - VİDEO

5 İyul 2022 17:52
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi paytaxtın bitməyən tıxac problemindən danışacayıq. Bakıda elə küçə və prospekt var ki, nəyinki günün pik saatlarında, hətta hər saatda o yolda nəqliyyat sıxlığına rast gəlmək mümkündür. Çünki bu yolların alternativi  yoxdur.bu yola girən sürücü başqa yola çıxa  bilmir. Əgər  bu yolda hər hansısa bir qəza baş verirsə vəya yolda bir iş görülərsə  vəzyiyyət daha da çətinləşir.Sürücülər və sərnişinlər tıxacqa  daha çox qalmağa məcbur olur.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, təmir işi aparıldığından yolda uzun nəqliyyat sıxlığı yaranıb. 

Bu yol sürücülər tərəfindən alternativi olmayan yol kimi qəbul edilir. Söhbət paytaxtın Neftçilər prospektindən gedir. Bu yolda hər hansı bir hadisə də baş verərkən avtomobil sıxlığı qaçılmaz olur. Bu təkcə adı çəkilən prospektdə yox, digər ərazilərdə də yaşanır.

Hansı ki təmir işinin aparılması ilə əlaqədar sürücülər məlumatlandırılıblar. Sürücülər bu yola məcbur olub daxil olduqlarını deyirlər. Onlar hətta tək Neftçilər prospektinin yox, bəzi küçələrin də alternativinin olmamasını bildirdilər. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, alternativ yol anlayışı dedikdə həmin küçəyə paralel yolun olması demək deyil.

Ekspert deyir ki, Avropa və Amerikada da alternativ küçə anlayışı termindən çıxarılıb və əsas hədəf əhalinin rahat fasiləsiz mobilliyinin təmin olunmasını təşkil etməkdir. Bu gün paytaxda da buna cavab verən küçə və prospektlər var ki, sadəcə burda hərəkəti düzgün təşkil etmək lazımdır-deyə ərşad hüseynov bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.