Cəmiyyət

“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” - Könül Xasıyeva

30 İyun 2022 22:29
11 Şərh     Baxış: 14 932

Azərbaycan muğamlarının mahir ifaçısı, Xalq artisti Könül Xasıyeva sevgi hekayəsindən danışıb.

Milli.Az xəbər verir ki, lent.az-a müsahibə verən ifaçı xanım ömür yolundan bəhs edib.

- Könül xanım, başınıza gələn sıxıntılara rəğmən pozitivliyinizi qoruya bilmisiniz. Toylarda, məclislərdə məzəli hadisələr gəlmiş olar başınıza.

- Hə, olur. Bir dəfə toya getmişəm. Bir cavan oğlandı, gəlib mənimlə şəkil çəkdirirdi. Gah oturduğumuz yerdə, gah ayaq üstə. Hər dəfə də icazə alırdı, Könül xanım, belə çəkdirsək, olar, elə çəkdirsək, olar? Axırda dedim, a bala, bircə yatan yerdə olmasın, daha çək qurtar (gülür).

Bu yaxınlarda hörmətli aşıq Ədalət Dəlidağlının ocağında toplanmışdıq. Çəkiliş gedirdi. Çəkilişdən sonra Ədalətin ailəsi, nəvələri toplandılar. Müğənni Cabir Abdullayev, tarzən Elman da, oturub çay içirik. Elman tələbə yoldaşım olub. Zarafatla dedim, ay Cabir, ay Elman, ay Ədalət, heç biriniz vaxtında məni alıb, evə arvad eləmədiniz, mən də vaxtında oğul-uşaq sahibi olardım. Cabir də zarafatla dedi, sənə qıymamışıq. (Könül xanım bu yerdə qəhqəhə çəkir)

- Bəs niyə vaxtında ailə qurmadınız?

- Evdə altı uşaq idik. Dolanışıq çətin idi. Atam kassir işləyirdi. Amma haram pula əl uzatmırdı. Dolanmaq lazım idi. 11 yaşımdan mən toylara, məclislərə getməyə başladım. Ailənin yükünü daşımalı oldum. Çiynimə çox gənc yaşda ailə qayğıları düşdü. İllər quş qanadlı oldu. Özümdən başqa, hamı üçün çabaladım. Vaxtından əvvəl yorğun düşdüm. Bir də gördüm, çatmışam 39 yaşıma.

- Sevib ailə qurdunuz?

- Hə. Özüm gördüm, tanıdım.

- İncəsənət adamı idi?

- Yox, o, hüquq-mühafizə sistemində işləyirdi.

- Bəs niyə ayrıldınız?

- (Bu yerdə yenə zarafat edir) Çünki evlənmişdik deyə. Evlənməsən, ayrıla bilməzsən axı. Bu barədə çox danışmaq istəmərəm. Anam rəhmətlik deyərdi ki, insan ömrü boyu çabalayır, nail olduğu yalnız qismətidir. Mən taleyimdən narazı deyiləm, ən çətin günlərimdə Allaha şükür etmişəm. Əsas ayaqda olmaqdır. Ağlım kəsəndən çalışıram, çabalayıram.

- Həyat yoldaşınızla görüşürsünüz? Dəstək olur sizə?

- Yox, nə o oldu, nə də mən istədim. Nə maddi, nə mənəvi. Hərdənbir Kazımla telefonla danışır. Görüşmürlər.

- Ondan sonra ailə qurmaq niyyətiniz olub və ya istərdiniz?

- Qismət. Ailə qurmaq olar. Sevənlər də var. Xaricdə yaşayan bir soydaşımızdan evlilik təklifi də almışam. Bir qızım olsun istəyərdim. Amma bunların hamısı Kazımı yerbəyer edəndən sonra. Mənim bütün həyatım Kazıma həsr olunub.

- Saçınızı rahat olsun deyə belə qısa kəsdirirsiniz?

- Saçım da, dişlərim də əsəblərimə görə töküldü. Şəkidə xəstəxanada yatanda yarım saat ərzində mənim dörd dişim birdən çıxıb sinəmə düşüb. Getsin o günlər, gəlməsin. İnşallah, nə zamansa yenidən əməliyyata girəcəyəm. Üç əməliyyat gözləyir məni. Sadəcə, gözləyirəm ki, Kazım bir az böyüsün, şəxsiyyət vəsiqəsini alsın, sonra. Ölüm haqdır e, hamıya var. Amma bir də var, özün könüllü gedib girəsən bıçaq altına.

- Könül xanım, sizcə, hansı mahnınızla yaddaşlara köçmüsünüz?

- "Gecələr" mahnısı. Bu mahnıda mən özümü, öz taleyimi oxumuşam. "Mən həsəd aparıram yatanlara gecələr". 22 ildir mən yatağa uzanmadan, oturduğum şəkildə yuxulayıram. Ürək döyüntülərim başlayır deyə.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 30 İyun 22:35110

    4 defə nişanlanıb qaytarib.Hansın sevmişdi?Bu da ərindən boşanıb aaaaa.Mən elə bilirdim bu boşanmayib.Oğul bir kişidən qız bir kişidən neynirsən? İnportnu eləməginən.Nəvə oynadan vaxtındu

    Cavab yaz
    • Anonim
      bacı · 1 İyul 20:5700

      mən bu xanımın verilişlərinə baxıram, ləzzət edir. Siz də lütfən baxın https://www.youtube.com/watch?v=p3f7KwJKplc&t=28s

      Cavab yaz
  • Anonim
    Əsranur · 30 İyun 23:10912

    Əstəğfurullah,bir şey yazacağam,saytın qənədsiz mələkləri tökülüşəcəklər ki,nöş belə yazmısan??Əhhh,yazajameeee...Ay Könül xanım,Allaha acıq getməsin,külək olanda əlini birinci pariküvə aparırsan ki uçub ,kiminsə başına keçməsin,danışdığın sözə bax ki,sevənlərim çoxdur,istəyirəm qızım olsun-amma,Kazım evlənəndən sonra.Mən biləni sən məndən hələ indi xeyli böyüksən.Kazım haçan böyüyəcək,haçan evlənəcək,bir ədəd də uşaq sən dünyaya gətirəcəksən.Kazımın uşağıyla sənin qızın qarşok üstündə dava edərlər.Nöş belə sərəkləyirsən,hə,bajın qurban???

    Cavab yaz
    • Anonim
      Papatya · 1 İyul 01:0065

      Qarşoka kimi uzumde təbəssümle sakit sakit oxuyurdum,qarşokda öldüm gülməkdən))))) aləmsən də)))

      Cavab yaz
      • Anonim
        Əsranur · 1 İyul 11:3446

        Vallah da,Allaha acıq getməsin,əsa ilə gəzir,ər söhbəti edir.Sanki ərə gedənlərin əli yağa batıb,bununku lap gülaba batacaq.Soruşan lazımdır ki Ay Könül xanım,ər səni neyniyir,ər haqqında danışan vaxtındır??Hə bu arada,necəsən əzizim,uşaqlar necədir?Arada sənə yotube-dakı səhifəmizə yazajam,linki tapmışam:)))

        Cavab yaz
      • Anonim
        Seda · 1 İyul 19:2123

        Yazılanlarla tam razlyam

        Cavab yaz
    • Anonim
      Tarana Lindsay · 1 İyul 06:2534

      "səkləyirsən" kəlməsini Şamaxılılar işlədir məncə, mən də Şamaxılıyam, təsadüfən siz də Şamaxılı deyilsiniz ki?-)))

      Cavab yaz
      • Anonim
        Əsranur · 1 İyul 11:3524

        Cann,yox,mən Şamaxılı deyiləm.Sadəcə,mən özümə ləzzət edən sözləri regionlardan oğurlamağı xoşlayıram:)))

        Cavab yaz
      • Anonim
        qaya · 1 İyul 20:5520

        burada xanim dilçilikdən və şivələrdən soruş ona dislike ediblər görəsən niyə

        Cavab yaz
  • Anonim
    N.Ş. · 5 İyul 12:2400

    Könül xanım ayıbdı e ərdən danışmaq bu yaşda, sizin yerinizə xəcalət çəkdim e utandım, özünüzü hörmətdən salmayın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics