Cəmiyyət

Media nümayəndələri Laçında - FOTO

28 İyun 2022 19:18
Baxış: 636

İyunun 26-da Prezident İlham Əliyev Göygöl-Kəlbəcər-Laçın rayonlarında səfərdə olub. Dövlət başçısı səfər zamanı bir neçə infrastruktur obyektlərinin açılışını, bəzi iri layihələrin isə təməlini qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, media nümayəndələri Prezidentin izi ilə Kəlbəcər və Laçın rayonlarında görülən işlərlə tanış olub.

Kəlbəcər rayonunun ən önəmli layihələrindən biri Toğanlı-Kəlbəcər avtomobil yolunun 13-cü kmdə inşa edilən iki tunelin tikintisidir. Layihə Murovdağ silsiləsindən başlayır və gələcəkdə Kəlbəcərə ən asan və qısa yol olacaq. Murovdağ tunelində yüksəklik 1700 metrdən, 3250 metrədək artır. Tunel dünyanın ən uzun avtomobil tunellərindən biri kimi səciyələndirilə bilər. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb. Tunelin tikintisinin 2025-ci ildə başa çatması planlaşdrılır. Kəlbəcərdə ən mühüm layihələrdən biri də Kiçik Su Elektrik Stansiyalarının istifadəyə verilməsidir. Dövlət başçısı Kəlbəcərə səfəri zamanı Kəlbəcər-1 Kiçik Su Elektrik Stansiyasının açılışında da, iştirak edib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekaloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" kiçik su elektrik stansiyasında maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformator quraşdırılıb. Burada 110/6 kv-luq yarımstansiya da inşa edilib. Yarımstansiya tam müasir tələblərə cavab verir. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərin '"yaşıl enerji zonasına" çevrilməsi ilə bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qələbədən sonra ümumi gücü 20-meqavat olan "Güləbird", "Suqovuşan-1", "Kəlbəcər 1" kiçik su elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 min kilovat saata elektrik enerjisi istehsal olunub. Digər işğaldan azad olunan rayonlarımız kimi Laçında da Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Prezident səfər çərçivəsində hava limanının tikintisi ilə də tanış olub. Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir. Laçın və digər rayonların içməli suya olan təlabatı da nəzərə alınır. Bunun üçün Həkəri çayından istifadə ediləcək. Dövlət başçısı Laçın rayonuna səfərində Həkəri çay Su Anbarı layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır.

Qeyd edək ki, Həkəri çayı üzərində tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics