Cəmiyyət

Bakıda "AzSamand" aşıb, 4 nəfər xəsarət alıb - FOTO

25 İyun 2022 08:08
0 Şərh     Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İzmir küçəsində qeydə alınıb.

Belə ki, "AzSamand" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı betona çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobilin üç sərnişini və sürücü xəsarət alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.