“Hakimlərə azı 8-10 min manat maaş verilməlidir” - Ekspertdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hakim korpusunda, yaxud digər dövlət qulluğunda çalışanların maaşlarının artırılması çox əhəmiyyətli məsələdir. Düzdür, məhkəmə hakimlərinin maaşı indiyədək bir neçə dəfə artırılıb. ancaq bu yetərli sayıla bilməz. Hakimlərin düzgün qərar verməsi, yəni funksional vəzifələrini yerinə yetirməyə yönləndirilməsi üçün onlara 8000-10000 məbləğində maaş verilməlidir".
Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Hakimlərin maaşının artırılmasının vacib olduğunu deyən hüquqşünas fikirlərini belə əsaslandırıb:
"Hazırda hakim korpusu üzrə 200 vakansiya var. Düzdür, vakansiya zaman-zaman artırılıb 600-800-ə qaldırılır. Ancaq bununla yanaşı hazırda bu rəqəm 200-dür. İşlər çoxdur. İnzibati sahədə, mülki işlərdə, birinci instansiya məhkəmələrində işlərin sayı çoxdur. Bu isə bir hakimin il ərzində baxdığı işin sayının 100-150 olduğunu göstərir. Bu qədər işə baxmaq olar? Fiziki baxımdan mümkün deyil. Hesab edirəm ki, hakimlərin əmək haqlarının artırılması çox vacibdir. Çünki onlar ədalət mühakiməsini həyata keçirir. Bütün insanların son ümid yeri, münaqişələrin son həll edildiyi yer məhkəmələrdir. Başqa ölkələrdə hakimlər ayda 20 işə baxır. Bu ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Çünki ədalət mühakiməsi səmərəli və əlçatan olmalıdır. Eyni zamanda, qanuni və ədalətli qərarlar qəbul edilməlidir".
Ə.Nuriyev hesab edir ki, korrupsiya və rüşvət kimi halların aradan qaldırılmasında əmək haqlarının artırılması əsas vasitələrdən biridir:
"Digər ölkələrdə hakimlərin əmək haqlarına baxsaq, bunu görə bilərik. Desəm ki, maaşların artırılması ilə məhkəmələrdə korrupsiya sövdələşmələrinin kökü tamamilə kəsiləcək, bu yanlış olardı. Yenə də kimlərsə, buna əl ata bilər. Amma proseslər geniş formada olmayacaq. Hakimlərin müstəqilliyini şərtləndirən faktorlardan biri də onların maliyyə müstəqilliyinin olmasıdır. Bu istiqamətdə aparılan işlər alqışlanmalıdır. Zaman keçdikcə bunun nə qədər effektiv olmasını yoxlamaq şansımız olacaq".
Hüquqşünas hakimlərlə yanaşı, həkim və müəllimlərin də maaşının artırılmasının vacib olduğunu diqqətə çatdırıb:
"Eyni zamanda, bu gün həkimlərin, müəllimlərin də maaşları artırılmalıdır. Çünki bir dövlətin inkişafı korrupsiyanın kökünün kəsilməsindən, məhkəmədən, həkim və müəllimlərin maaşlarının artırılmasından asılıdır. Yalnız bu zaman ədalətli cəmiyyətin tam bərqərar olmasına ümidlər doğrula bilər. Bu istiqamətdə Azərbaycanda siyasi iradə var. Proseslər genişlənib dərinləşməlidir. Bunun üçün iqtisadi imkanlar yetərincədir".
Qeyd edək ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, məhkəmə sədrlərinin və hakimlərin maaşı artırılacaq.
Milli.az
DİGƏR XƏBƏRLƏR
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
XƏBƏR LENTİ
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“Liverpul” onun üçün 100 milyon avro ödəməyə hazırdır
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
-
Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
-
Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir





