Toyda Vətən Müharibəsi Qəhrəmanının yeri görünürdü... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ana, uşaqları başına yığ, onları sənə əmanət edirəm...".
Axırıncı dəfə telefon danışığında Surxay Noçuyev anası Mehribana belə demişdi.
İndi hamı təkcə Mehriban xanımın yox, Noçuyevlər ailəsinin başına yığışmışdı: qohum-əqrəba, Məmmədbəyli kəndinin, Zəngilan rayonunun ağsaqqalları, cavanları, Surxayın döyüş dostları...
Tovuz rayonundan olan təzə qohumlar, onların ailə üzvləri də burada idi. Əbdül Noçuyevin ocağına gəlin gəlirdi...
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin qardaşı Əfqanla Mehinin toy məclisi sevinclə kədərin, həsrətlə vüsalın görüşünü xatırladırdı.
Əməkdar artist Azad Şükürovun idarə etdiyi toy məclisində valideynlər - Əbdül və Yaşar, Mehriban və Pəri xanım övladlarına xeyir-dua veriblər: Allah xoşbəxt eləsin!
... Tabor komandiri kapitan Surxay Noçuyevin Vətən müharibəsindəki döyüş yolu sentyabrın 27-də Füzulidən başlayıb. O, həmin rayonun Qaraxanbəyli və Alıxanlı kəndlərinin erməni quldurlarından təmizlənməsində xüsusi taktika tətbiq etmişdi. Oktyabrın 18-dək onun başçılıq etdiyi tabor Füzulidə, sonra isə Qubadlıda çox ağır döyüşlərin iştirakçısı olub. Daha sonra onun rəhbərlik etdiyi taborun döyüş yolu Xocavəndin kəndlərindən keçib. Sonuncu döyüşü Şuşaya qalxan yolda qüllənin yaxınlığında olub. Həmin döyüşdə çox böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib...
Şuşaya Azərbaycan bayrağı sancılandan bir gün sonra...
Müharibənin başa çatmağına bir neçə saat qalmış...
Surxayın atası Əbdül onun keçdiyi həyat və şərəfli döyüş yolunu xatırlayıb: "Sentyabrın 26-da zəng edib hamı ilə bir-bir danışdı, hal-əhval tutdu. Sabahı gün sübh tezdən mənə zəng edərək çox böyük sevinc hissi ilə danışdı. Dedi ki, ata, çoxdan gözlədiyimiz gün çatıb. Heç nədən narahat olmayın, özünüz görəcəksiniz, hər şey yaxşı olacaq. Döyüşün ilk günü onun ikinci övladı Fidan dünyaya gəldi. İki-üç, bəzən dörd gündən bir zəng edib bizdən hal-əhval tutar, hər şeyin yaxşı getdiyini, üstünlüyün bizim tərəfimizdə olduğunu deyərdi. Onunla danışıqdan qətiyyən müharibə getdiyini, Surxayın döyüşün ön cəbhəsində olduğunu qətiyyən hiss etməzdik. Noyabrın 1-də isə həyat yoldaşı Lalə ilə sonuncu telefon danışığı olub".
Baş gizir Zair Əliyev komandiri haqqında xoş sözlər dedi: "O, əsgərləri çox sevirdi, hamımız onu özümüzə qardaş hesab edirdik. Cəsur, heç nədən çəkinməyən və ürəkli bir döyüşçü idi. Noyabrın 9-da erməni quldurları ilə Laçın-Xankəndi-Şuşa yolunun kəsişməsində üz-üzə gələrkən də məhz belə mübariz keyfiyyətlər nümayiş etdirib. Həmin ağır döyüşdə düşmən atəşi onu, leytenant Elvin Məmmədzadənin və daha bir neçə igid əsgərin həyatına son qoydu. Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görüldü".
Musiqi sədaları ətrafa yayılır. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, gənc müğənnilər Rəvanə Əmiraslanlı, Gülzar Fərəcova və başqaları öz ifaları ilə məclisə şən əhval-ruhiyyə bəxş edirlər. Məclis iştirakçıları rəqs edirlər.
Rəqs edənlər arasında Surxayın oğlu Uğur və anasının qucağında oynayan Fidan da var idi...
Şəhid-komandirin xidmət etdiyi ordu korpusunun komandanlığı tərəfindən "Dəmir yumruq" mükafatı qəhrəmanın oğluna hədiyyə verilib.
Noçuyevlər ailəsinin bu məclisində onun yeri görünürdü!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü





