Cəmiyyət

Gecələr də yeyə bilərsiniz - Kökəltmir!

18 İyun 2022 20:32
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanlar gecələr tez həzm olunan yüngül proteinli qidalar, qoz-fındıq yeyə, həmçinin sakitləşdirici çaylar içə bilərlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq və qidalanma mütəxəssisi İrina Pisareva danışıb. O, bildirib ki, bu məhsullar köklüyə səbəb olmur.

"Gecələr tez həzm olunan qidalar, məsələn, yüngül zülalları yemək daha yaxşıdır. Bu, şəkərsiz yulaflı kəsmik ola bilər. Təbii qatıq, proteinli omlet və ya bərk qaynadılmış yumurta, qaynadılmış və ya bişmiş balıq növü axşam üçün zərərli deyil", - mütəxəssis Ura.ru-ya müsahibəsində bildirib.

Pisarevanın sözlərinə görə, bəzi məhsullar hətta yuxunu yaxşılaşdırmağa kömək edə bilər. Gecələr bir qədər badam və ya qoz-fındıq yemək artıq olmayacaq. Ekspert qeyd edib ki, tərkibində maqnezium var, bu, sakitləşməyə və yaxşı yatmağa kömək edəcək. Bundan əlavə, ekspert sinir sistemini normallaşdıran və insan orqanizmini yuxuya hazırlayan nanə və ya çobanyastığı ilə bitki çayları içməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.