Cəmiyyət

Ev almaq istəyənlərə müjdə - VİDEO

3 İyun 2022 15:30
1 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir mənzilin bir neçə müştəriyə satılmasının qarşısı alınacaq. 

Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə layihə hazırlayır. Belə ki, ev alqı-satqısı zamanı müəyyən prosedurların elektron müstəviyə gətirilməsi planlaşdırılır. Belə ki, Bina inşa edilmədən əvvəl və yaxud inşa edilən dövrdə sahibkarın adına sənədləşdiriləcək və həmin mənzilləri daha sonra notarial qaydada satmaq mümkün olacaq. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, layihədən başqa Əlavə dəyər vergisinin bir hissəsinin də alıcıya qaytarılması belə dələduzluq hallarının qarşısını alacaq. 

Nüsrət İbrahimovun sözlərinə görə, prosesdə alıcıların da üzərinə məsuliyyət düşür. 

Ekspert deyir ki, bir evin bir neçə şəxsə satılması kimi fırıldaqçılıq halları ən çox dövlət qeydiyyatında olmayan binalardakı mənzillərin satışında rast gəlinir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.