Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma və ölüm halları davamlı azalır

2 İyun 2022 08:10
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2022-ci ilin martından bu günə kimi koronavirusa yoluxma və ölüm hallarının davamlı azalması müşahidə olunur.

Bu barədə "Sinxua" agenliyi yazıb.

Agentlik qeyd edib ki, Azərbaycanda koronavirusa yoluxma və ölüm halları artıq bir neçə aydır azalmaqdadır.

Son sutkada COVID-19-a 11 yeni yoluxma faktı qeydə alınıb, bununla da yoluxma hallarının ümumi sayı 792 778-ə çatıb. Ötən gündə daha 10 xəstə sağalıb və sağalanların ümumi sayı 783 017 nəfərə çatıb.

Eyni zamanda son 24 saat ərzində koronavirusdan ölənlərin olmadığı bildirilir.

Qeyd edək ki, "The Star" habelə digər mətbu orqanlar da Azərbaycanda koronavirusa gündəlik yoluxma və ölüm hallarının azaldığını, prosesin martdan davam etdiyini xəbər veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.