Cəmiyyət

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram..." - FOTO

28 May 2022 19:04
1 Şərh     Baxış: 1 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram..."

Heydər Əliyevin bu sözləri müəllim peşəsini necə də gözəl anladır. Azərbaycan müəllimi bütün dövrlərdə olduğu kimi müasir dövrdə də, layiqli vətəndaş yetişdirmə missiyasını  yerinə yetirməyə davam edir.

Belə müəllimələrdən biri ötən il MİQ imtahanında 60 balla respublika birincisi olan, paytaxtın Nərimanov rayonundakı Tərəqqi liseyində çalışan, 2"c" sinfinin ibtidai sinif müəlliməsi Amilə Qorçuyevadır.

Yüksək nəticə ilə seçilən müəllimə, məktəbdə təkcə uşaqlara verdiyi təhsillə yox, vətənə sevgisini uşaqlara ən gözəl şəkildə aşılamağı ilə də seçilir.

Ötən gün 28 may Müstəqillik Gününü şagirdləri ilə birlikdə qeyd edən müəllimə cümhuriyyət tariximizi, şanlı keçmişimizi, Azərbaycan respublikasının quruculuğunu uşaqlara əyani şəkildə, bayram abu-havasında öyrədir, onları vətənpərvər ruhda yetişdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.