Cəmiyyət

Bu stadionun ətrafındakı zibillik problemi niyə həll olunmur? - VİDEO

26 May 2022 17:52
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd stadionunun arxası sanki zibil poliqonunu xatırladır. Xaçmazın Hacıəlibəy kəndində yığılmış zibillər vaxtında daşınmadığından yaxınlıqda yaşayan sakinləri narahat edir. Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq problemin miqyası daha da böyüyür. Bəs stadionun ətrafındakı zibillik problemi niyə həll olunmur? Sakinlərin müraciəti əsasında əməkdaşlarımız kənddə olaraq məsələni araşdırıblar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Xaçmazın Hacıəlibəy kənd sakinləri uzun illərdir bu problemdən qurtula bilmir. Kəndin giriş hissəsinə yığılan qalaq qalaq zibil ətrafda yaşayan sakinləri narahat edir. 

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı qrumlara xəbərdarlıq olunub, ancaq bir nəticə yoxdur. Hamı zibili gətirib stadionun yanına atır. Zibilliyin yanında yaşayanlarda bu problemdən beziblər. 

Məsələ ilə bağlı Hacıəlibəy kənd bələdiyyəsinin sədri də bu əraziyə gəldi və bildirdi ki, zibillər   daşınır. Ancaq  mütəmadi daşınması üçün vətəndaşların bələdiyyəyə olan borcları vaxtında ödənməlidir. O da qeyd olunur ki, sakinlərin özləri də zibilləri hara, necə gəldi, tullayırlar.

Sakinlər isə məsələnin kökündən həll yolunu məhlə aralarına zibil qutularının yerləşdirilməsində görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.