Cəmiyyət

Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?

13 İyul 2022 21:27
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaş qrant müsabiqəsində təlimçi kimi 3 ay fəaliyyət göstərərək müqavilə üzrə xidmət haqqı almalıdır. Buna görə ondan elektron qaimə-faktura vermək üçün "ASAN İmza" tələb olunur. "ASAN İmza" olmadan xidmət haqqını almaq mümkündürmü?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qarşı tərəfə təqdim etməlidir.

Qeyd olunub ki, elektron qaimə-faktura vergiödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergiödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza") vasitəsilə portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.