Cəmiyyət

Bu pomidorlarda təhlükəli zəhər olur - YEMƏYİN!

21 May 2022 13:22
0 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş kal pomidorlar toksiki zəhərlidir.

Milli.Az bizim.media-yaya istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatina yetişməmiş pomidorda solanin adlı zəhərli maddənin olduğunu deyib.

"Əgər bu tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin. Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.

Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir

İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir", - deyə həkim vurğulayıb.

Qeyd edək ki, öomidorda nitratın çox olduğunu belə bilmək olur: tərəvəzi kəsəndə çoxlu sarı arakəsmələr, sap kimi çıxıntılar varsa, deməli, nitratla zəngindir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.