Cəmiyyət

Günün qoroskopu: Görüləsi işlərin sayı bir müddət sonra artacaq

27 İyun 2022 00:01
36 Şərh     Baxış: 4 528

Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.

Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.

Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.

Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edir.

Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.

Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayın.

Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.
Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.

Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.

Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin.

Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.

Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.

Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.

Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.

Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil.

Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.

Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.

Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.
Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.

Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.
Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin.

Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.

Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.

Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.

Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır.

Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.

Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.

Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.

Evdəki duruma nəzarət edin.
Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.
Axşam saatlarında aktiv istirahəti seçin.

Tərəzi - səhər saatlarına effektiv çalışaraq başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox yormayın. 

Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin, sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki, həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.

Səhhətinizə fikir verin.
Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız emosiyalar və sözlər deyil.

Problemli məqamları aydınlaşdırmağa çalışın.

Əqrəb - bu gün emosional və parlaq hadisə baş verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların qurulmasına hazırlaşın.

Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin. Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun. Zəif mövqedə olarkən münaqişəyə başlamayın.

Mövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin mərhələsi başlanacaq.

Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq. 

Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.

Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan şanslardan bəhrələnin.

Oxatan - qapalı danışıqlar, intriqalardan imtina edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can atmayın.

Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da, emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara, səmimiyyətə ehtiyac yoxdur. 

Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz xərclər riski var.
Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm verməyin. 

Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin təmasların perspektivləri yoxdur.
Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya salınması üçün gərəkli tədbirləri görün.

Axşam saatlarında istirahət edin.

Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət gözləyirlər. 

Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.

Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik etməyə can atmayın.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun.
Axşam saatlarında istirahət edin.

Dolça - emosional olmayın, hisslərinizin əsiri olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın. Bitkin qərarlar qəbul edin.

Hadisələrin axarına sərt müdaxilə etməyin.
Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can atın.

Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.

Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin sayı bir müddət sonra artacaq.
Həyatınızda qayda və nizamı artırın.

Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə çalışın.

Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması, ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq, nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi yaranacaq.

Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək, kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan məsələlərdə aydınlıq yaranmayacaq.

Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv məqamlar və nüanslar tapmaq imkanları yaranıb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Ebru · 27 İyun 00:40120

    Ehh ay bürcüm.Bu aralar mənim mənəvi dəstəyə,diqqətə ehtiyacım olduğu bir halda,başqalarına necə dəstək ola bilərəm axı??)Özümü elə yalnız hiss edrəm.((Mahnı var eyy -yalnızam-yalnız:)

    Cavab yaz
    • Anonim
      ALEKS❤️ · 27 İyun 09:0150

      Hər kəsə Uğurlu sabahlar.Ebru xanım səmimi etirafınız mənə bir qədər kövrəldici gəldi...İnşəallah hər şey düzələr,səbrli olun.Hər şeyin açarı Səbrdir.O mahnının da əvəzinə başqasını dinlə ,,Şir həmişə Şirdi...,,,çalış əhval ruhiyyən yüksək olsun.Yəqinki bu məsələdə Esra,Asi,Mələk Əsranur....vəə adını çəkmədiyim digər şərhçilərin mənalı lazımlı məsləhət və səmimi söhbətlərindən faydalana bilərsiz...ümidvaram ki bu şərhçilərin dəstəyini hiss edib özünüzü yalqız görməyəcəksiz.Bir daha hər kəsə mənalı sağlam həyat,gün diləyirəm.

      Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 14:3332

        Salam Aleks bəy.Xoş sözləriniz ,mənəvi dəstəyiniz üçün çox sağ olun qardaşım.Sizi həqiqətən çox istəyirəm.Çox mehriban ürəyi təmiz,səmimi,hər şeyin,hər kəsin yerin bilən adamsız.Allah sizi ailənizi qorusun.Həqiqətən bu aralar çox yalnız ,tənha hiss edirəm ki,özümü özm -özmədə məhətəl qalmışam.Düzdü çalışıram pozitiv olam amma nəsə arada alınmır(((İnşAllah hamıya Allah kömək olsun məndə içdə.O,adın çəkdiklərinizin içində,bir nəfər var ki,onan o,qədər qəlbim sınıb ,qırılıb ki,artığ mənə nəsə deməsin dəstəyin heç istəmirəmm(((Dost dar gündə tanınar deyib atalar,elə tanıdım dostum.Dost olmaq çətindi hər kəs bunu bacara bilməz elə məndə!Nəysə o,qədər qəlbim doldu yazdığca əsəb oluram deyə,elə sözüm burda bitsə yaxşıdı!Allah sizin kimi yaxşı insanlar var etsin.Minnətaram sizə Aleks bəy..

        Cavab yaz
        • Anonim
          ALEKS❤️ · 27 İyun 17:0830

          Əziz bacım yəqin bilirsən....mən nə qədər ciddi olsam da həddən artıq kövrək adamam...neynim təbiətim belədi.kimin nəsə dərdi,qəmi,problemi oldu özümünküləşdirirəm...elə bil o insanın həyatını mən yaşayıram.And olsun!indi sizin şərhi oxuyub içimdə o qədər doldumki....bəlkə də kiməsə qəribə gələr,başqa nəsə mənfi fikir bildirər...amma hər halda biz insanıq və bu adı hərə bir cür daşıyır,yaşadır...Nəysə...mənfi auradan uzaq olaq.Unutmayaqki Həyat həmişə öz sıxıntıları ilə insanı sınağa çəkir,həmişə sınaqdayıq.Heç kim bu sınaqlardan sığortalanmayıb.Sıxıntı var,həmişə də olacaq.Çalışıb bunları cəsarətlə,Səbrlə yaşamağı bacarmaq lazımdı.Səbr heç də o demək deyilki,özünə qapanıb oturub gözləyəsən.Sıxıntı yaratmış işləri hələlik Allaha Təvəkkül edib Səbrlə bir kənara qoymalı,hərəkətə keçib başqa işlə məşğul olmalı...ailədə(əgər varsa)mənfi auranı,emosiyaları flanı bacardığın qədər aradan qaldırmaq,hətta əşyaların yerini dəyişmək(həmişə bir yerdə olanda göz yorulur)yenilik etmək...

          Cavab yaz
        • Anonim
          ALEKS❤️ · 27 İyun 17:3520

          Çalışın mübahisələrdən uzaq olun.Müsbət,xoş auralı insanlarla ünsiyyəti artırın.Ailənizə həmişə möhkəm bağlı olun.Unutmayınki yaman günün ömrü az olar.Hər bir sıxıntıdan sonra bir rahatçılıq,genişlik gəlir.Bunu Allahımız belə buyurub.Hər işdə Allaha Təvəkkül et.(Təvəkkülün mənası Allahı özümə vəkil seçirəm deməkdi)Bunlar öz yerində...imkan varsa səfər və ya səyahət et.Bunu Müqəddəs Kitab da deyir.Bilirəm maddiyyat bu dəqiqə çoxumuzda aşıb daşmır...unutmayaq ki bizdən bir də olmayacaq.aza az,çoxa çox qane olub bacardığımız qədər yaşadığımız yerdən ən azı müəyyən məsafəyə səfər,səyahət etməliyik.Mən bunu öz həyatımda bacardığım qədər yerinə yetirirəm.İşin ən qızğın vaxtında belə hər şeyi kənara atıb həftəlik,on günlük...səyahətə gedirəm.Bunsuz mümkün deyil.İnanın beynim necə də sakitləşir,sıxıntılar,problemlər arxada qalır...Özü də etiraf edimki,tam səmimi..mənim istirahətimin çoxusu Müqəddəs Yerlərdən keçir.İnsan Ruhən,Cismən paklaşır,rahatlaşır....(tövsiyə edərdim)

          Cavab yaz
        • Anonim
          ALEKS❤️ · 27 İyun 17:5010

          (Tövsiyə edərdim...imkan daxilində Müqəddəs yerlərdən birinə ziyarətə gedəsiz....Turlar çoxdu.Şərt deyilki ibadət əhli olasız,bir turist kimi...And olsun əziyyət olsa da,o qədər rahatçılq tapacaqsızki...hələ yadda qalacaq xatirələri demirəm...sonra yadınıza düşsəm bir Rəhmət deyərsiz.Bir Rəhmət yetər.Rəhmət diriyə də lazımdı.Söz verki,mən və digər sevimli şərhçilərimizin dediklərimizə bacardıqca əməl edəcəksən.hə bir də...virtual olsa da ətrafında,yanında olanlara biz şərhçilərin mənalı,diləkli,çox gözəl salamımızı çatdır.Deki nə qədər uzaqda olsaz da həmişə yanınızdayıq,həmişə arzularımızdasız.Xoş,firavan,rifahlı günlər diləyirəm.Səmimiyyətlə....

          Cavab yaz
          • Anonim
            Ebru · 27 İyun 23:3920

            Çox sağ olun .Bu yazılarınız o,qədər xoş gəldiki sanki,rahatlıq tapdım.Allah o,gözəl ürəyinizə görə versin Aleks bəy.Əziyyət çəkib bu gün mənim üçün şərhlər xoş sözlər yazdız.Allah köməyiniz olsun..

            Cavab yaz
    • Anonim
      ebruya,❤️ · 27 İyun 10:0531

      can((

      Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 14:3521

        Canın ağrımasın gözəlimm(*****).

        Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 27 İyun 10:0560

      ALLAH köməyiniz olsun, sizi gözəl anlayıram, məndə eyni vəziyyətdəyəm bu aralar....

      Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 14:3430

        Salam Fizuli bəy xoş gördük siz.Nə vaxtdı şərhləriniz görünmürdü((Necəsiz?Çox sağ olun.Allah sizdə kömək olsun.Nə sıxıtılarımız varsa tezliklə bitsin İnşAllah..

        Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 27 İyun 17:3300

          Salam, sizlər yaxşı olun, meydan gənclərindi) çox sağ olun

          Cavab yaz
    • Anonim
      Küsəyənə · 27 İyun 10:2640

      Cannn❤❤❤❤❤❤

      Cavab yaz
    • Anonim
      asi · 27 İyun 14:2941

      Salam hamıya..Ebruş, şərhini oxudum və Aleksy bəyin məsləhətini də oxuyub, çalışaram az da olsa, bir şeylər yazım..Problemin əslini səbəbini bilmirəm, amma bir yerlərdə hiss edirəm..Öncə bir az həssaslıqdan uzaqlaş, hər sözü, hər hadisəni ciddiyə alıb, özünü lazımsız düşüncələrlə yükləmə..Beyninə bir az neqativ insanların, neqativ işlərin neqativ təsirindən istirahət ver..Səni bir mənada tam başa düşürəm, mənim kimi uzaqdasan, təksən, bəzən ailənin qayğısı da insanı yorur, uzaqlaşmaq istəyirsən, yeni bir nələrsə istəyirsən..Bəzən ailə üzvləri səni anlamır və ya anlamaq istəmir, o zaman adam özünü tənha hiss edir..Yəni bu hamının yaşadığı və ya yaşaya biləcəyi təbii haldır..Belə hallarda çalış vaxtını sevdiyin işlərə sərf edəsən, mümkün olduqca..Hər halda səni rahat edəcək, zövq alacağın nələrsə var yəqin, çalış onlara yönəlt fikirlərini..Mən məsələn bədbinliyə falan qapılanda özümü atıram sevdiyim işlərin içinə)..Evdə dünya dağıla aləm qarışa həmin an vecimə də olmur, istədiyim işlə məşğul oluram)..

      Cavab yaz
    • Anonim
      asi · 27 İyun 14:4541

      Çalış canlı təbiətlə çox təmasda ol, özdə ilin gözəl fəslidi, hər yer gözəldi)..Ümumiyyətlə hamıya məsləhətdi, bacardıqca canlı təbiətlə təmsda olun, seyr edin, müşahidə edin, təbiətin möcüzəsindən zövq alın..Təbiətdəki çiçəkdən böcəyə hər şey bir möcüzədir..Adicə ayaq altda tapdalanan qarışqalar belə möcüzədir..Əgər onların iş prinsipini yaxından izləsəniz həmin an sizi yalnız hiss etdirən hər şey yadınızdan çıxacaq)..Quşları sevin, izləyin, yemləyin..Bir sözlə neqativləri təbiətin sehri ilə yox edin, əhvalınızı canlı təbiətlə yüksəldin..Mən özümdən fəlsəfə uydurmuram))..Real həyatda öz həyat tərzimdən bir hissəni yazıram..İnan ki, yazdıqlarımın insana təsiri çox gözəldir, bütün əsəblər super hiss edir özünü))..İnsanın tək fiziki yox, mənən, ruhən də qidanlanmaya, istirahətə ehtiyacı var..Mənim hazırda günüm bitkilərlə başlayır, quşlarla dvm edir, axşamçağı səma, buludlar, günəşin batması ilə tamamlanır, heç kimin də dediyi qulağımdan içəri keçmir, çünki, artıq təbiətin gözəlliyi imkan vermir)..

      Cavab yaz
    • Anonim
      asi · 27 İyun 14:5341

      Ümumiyyətlə insan bacardıqca sevməlidir, fərq etməz nəyi, necə amma, mütləq sevməlidir..Sevməlidir ki, ruhu sağlam olsun)..Mən o gün H.Cavidin şeirini elə belə şeir xatirinə paylaşmamışdım)..Gözəlliyi, gözəl nə varsa, sevməyə çalışın)..Hər şey yaxşı olacaq Ebruş, narahat olma..Anagili gördükdən sonra əhvalın da düzələcək, özünü yaxşı hiss edəcəksən..Məndən bu qədər, bacardığım qədər dəstək olmağa çalışdım)..

      Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 16:0620

        Salam asi.Çox sağ ol.Sözlərin gözəldi dəyərlidi mənim üçün.minnətaram var olasan.Uzağda olmaq ancaq sənin kimi uzağda olanlar məni anlar asi((Bu aralar hər şey üst-üstə gəldi deyə çox yoruldum((Bəzən elə hər şeydən hər kəsdən uzağlaşmaq istəyirəm((Sevdiyin insanlarda itrmək ağrısı dərdi heç çəkilməzdi((Mamamın orda dərdən əridiyini görmək mənim bu həsas ürəyim çox parçalıyır asi(((Gedib görsəm biraz təskinlik taparıq.((Nə bilim eyy mən tanıyırsan bu neçə ildi bilirsən ki,hər şeyin fikirin çəkib ürəyimə salan insanam .Nə qədər çalışsamda fikirdən uzağ ola bilmirəm asi(;Bəzən deyirəm ki,soyuqanlı olmağ biraz dözümlü olaydım kaşki(Hərənin dərdin fikirin ürəyimə salmağdan inanki artığ partıyır daşır day((İnşAllah Vətənimizə gedib keçər bunlarda yavaş -yavaş.Səndə,dəstək olan dostlarda çox təşəkürr edirəm asi can.Allah hamımıza kömək olsun.Həyat çətinliklərlə doludu gərək ürəkli olub dözə biləsən.Mən bəzən dözə bilmirəm((

        Cavab yaz
        • Anonim
          asi · 27 İyun 21:5000

          Çox pis oldum, Ebruş..Anlayıram səni, uzaqda yaşamağın fəsdlarından biri..Mən o vaxtı atamı itirəndə eyni sən vəziyyətdə idim, sanki yerdən üzülmüşdüm, boşluqda idim..Mən gedib, çatınca artıq atamın 3 mərasimi idi..Bir övlad kimi özümə heç vaxt bağışlamayacağım hadisədir..Özümü atama xəyanət etmiş kimi hiss edirdim və hər gün dərinləşirdi bu hiss..asi nikini götürməyim də burdan qaynaqlanır( yazmışdım əvvəllər də)..Sonra Aprel döyüşləri oldu, Şəhidləri gördüm, həm utandım, həm yuxudan ayıldım sanki..Yəni Ebruş, həyat belədir, bir yerdə əzab verirsə, digər yerdə mütləqki çarəsi vardır..Həyatı asan yaşayan yoxdur, çalış çətinliyindən özün çıxa biləsən, səni səndən yaxşı tanıyan yoxdur, ən azı qızların üçün möhkəm ol..Yüz ata bir ananı əvəz edə bilməz qız uşaqları üçün..Sən yaxşı ol ki, onlar da yaxşı olsun..

          Cavab yaz
          • Anonim
            Ebru · 28 İyun 00:1800

            asi Allah rəhmət eləsin atana((Məndə çox pis oldum((Adam bax qorxuzan pis edən elə şeylərdi.İtirdiyin əzizinin yanında ola bilmirsən.Uzağda yaşamağın çətinliyi budu.Düzd deyirsən Şəhid anaları ailəsin görəndə öz dərdinən adam utanır((Yenədə Allah sığınırıq.Deyir qaçada,Allah deyir qovada.Təki bunan sora pis günlər yaşatmasın.

            Cavab yaz
      • Anonim
        Əsranur · 27 İyun 16:4020

        Ələddinin sehirli ləmpəsi də keçmir əlimə ki,sürtüb,cini ordan çıxardıb deyim ki -Götür beni Asigile!!!

        Cavab yaz
        • Anonim
          asi · 27 İyun 22:0600

          Cin də Azalın adamı çıxa))..

          Cavab yaz
      • Anonim
        Fizuli Şirvanlı · 27 İyun 17:4020

        Salam Ası bu bacarıqını itib batmaqa goyma)

        Cavab yaz
        • Anonim
          asi · 27 İyun 22:0220

          Salam..Gərək elə edəm)..1 vəhşi göyərçinlə başlayan hekayəmizdə indi çeşid çoxalıb..Qağayılar, sərçələr, təsərüfat genişlənib))..

          Cavab yaz
          • Anonim
            Fizuli Şirvanlı · 28 İyun 00:5400

            ))

            Cavab yaz
    • Anonim
      Əsranur · 27 İyun 16:3920

      Ebruşum,çalış həmişə öz-özünə "Allah pisin də pisindən qorusun"deyib,təsəlli ver.Məsələn,mənim yoldaşım ən ağır əməliyyat oldu,neçə dəfə yeni orqanı vücud atmağa çalışdı.Ağlı üstündə,gözləri mənim gözümə ölüm qorxusuyla zillənən bir insan,mənim 26 illik yoldaşım,övladlarımın dəlicəsinə sevdiyi atalarıdır.Qram-qram vücudumun öldüyünü hiss edirdim.Amma,onun yerində Allah göstərməsin balam olsaydı nə olardı,bəs körpə-körpə balalar şəhid oldu,heç bu qədər yaşamadı deyib özümə ayaqda durmaq üçün təsəlli verirdim.Çünki,beynimin bir yerə qədər gedib,birdən dayanacağından qorxurdum..Sən də daima ən pisindən qorx.Səbəb Əsraya dediyim kimidirsə,mətanətli ol.Yox,saytdan biridirsə,sadəcə o insanı görməməyə çalış.Qaynanadırsa,at Allahın ətəyinə,Asiylə mən deyə bilərik ki,o dərdin voobşe dərmanı yoxdur:)))))Bu gün səni incidən mövzu,sabah səni daha da az,bir neçə müddətdən sonra heç incitməyəcək,inan mənə.

      Cavab yaz
      • Anonim
        asi · 27 İyun 21:3400

        Bəli təsdiqləyirəm)), o problem düzələn deyil..Sadəcə olaraq çalışıb fikur verməyəsən..Bir də qaynananın oğlundan da çox şey asılıdır..Oğul gərək uşaqlarının anasını qorumağı bacarsın...Gəlinin oğul yanında dəyərini görən qaynana bir az özünü yığışdırır, amma əksi olarsa, onda səbr və yenə də səbr..Gec ya tez hər kəsin gedəcəyi bir ünvan..Anlam verə bilmirəm ki, müvəqqəti həyatda bir ailədə bir qadın digər qadının, öz həmcinsinin həyatını cəhənnəmə çevirməyə niyə bu qədər həvəsli olur..Onsuzda müəyyən bir dövrdən sonra gəlin öz bildiyi kimi yaşayır, qaynanın bildikləri özləri ilə gedir, bu həyatın qanunudur..Gəlin qaynananın gəncliyidir, evinə gəlin gətirən ana elə hesab etməlidir öz gəncliyini gətirib evə..Gəncliyini necə sevirdisə gəlini də elə sevməli, dəyərləndirməlidir..

        Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 23:4600

        Axşamın xeyir bacım.Necəsiz?Qaqaşlar balaca bacım yoldaşınız necədilər??Öz dərdi sıxıtınız arasında,mənədə yer ayrdın bacı çox sağ olun.Güclü olmağa çalışıram amma mamamın xəstəliyi onun yaşadıqları məni çox üzür bacı((Bəzən görürəm ki,ürəyim tap gətirmir hər gün onu itrmək qorxusuyla yaşamağ bilsəz nə qədər çətindi(((Üstünüzə sağlığ,ölənləriniz rəhmətlik cavan istiqanlı hamıyla mehriban olan,itirib axtaran dar günündə yanında olan qardaşın itkisi onu çox yıxdı(((Həkimdə deyir stresdən həyacanan ağlamağdan uzağ tutun amma necə??Qalmışıq çarəsiz((Günü gündədə geriləməsi ürəyim partlayır bacı((Gedəcəm İnşAllah görək necə olur((Çox çarəsizəm.Sıxıtım ancaq mamamla bağlıdı onun fikirləşdikcə özmdə ürəyim incdir məni bacı mənədə olmaz həyacan qorxu bilirsən amma nə edim.((Qaynatamlıq şəxsi həyatımla madi sıxıntılarla deyil bacı çox şükür.Qaynatamda ki,bir Mələkdi vallah.Allah hamıya elə qaynata qismət etsin.Onan ancaq gəlsə yaxşılıq gəlir.Mənim dərdim mamamdı((Birazda öz səhətimdi.Bizdə ürək prablemdi((

        Cavab yaz
        • Anonim
          Əsranur · 28 İyun 00:1500

          Allah dayına rəhmət etsin,Ebru.Qız uşaqları üçün valideyn çox qiymətlidir.Səni çox gözəl anlayıram.Mən də qızımın atası üçün nə hallara qaldığını gördüm.O,həyatı boyu bir dəfə də olsun mənə güldən ağır söz deməmişdi.Amma, donor söhbətində mən ona-Sənə bir iynə vurulanda az qalırdı ürəyim getsin,mən istəmirəm donor olasan deyəndə,o mənə -bircə tez 18 yaşım olaydı,sən bu mövzuda mənə müdaxilə etməzdin dedi.Məndən icazəsiz gedib bütün analizləri vermişdi...Ona görə də Ebru,sənin qorxunu yaxşl anlayıram.Özün də bilirsən ki sənə əsəbləşmək olmaz.Səbr et gözəlim.Sənin Vətənə getməyin mama üçün də yaxşı olacaq.Sənə dünənki qaraskopda da yazmışam.(******)

          Cavab yaz
        • Anonim
          Esra ıbrahımli(Şamaxı) · 28 İyun 00:1910

          Ebrum,söhbətin nədən getdiyin cox bilməsəmdə Allah köməyün olsun.Sixma canını Allah böyükdür rehmi mərhəməti də böyükdü.Allah nə çətinliyin var asanlasdirib kömək olsun mamaya da senə də.Elə bil cətinliklər biz insanlar üçündü.İnan Allaha 3 il bundan əvvəl şən deyib gülən məndən əsər əlamət qalmadı ağır depresssiyya yasadım və özümü məhv etdim özümü toparlaya bilmirəm calış düşmə.

          Cavab yaz
      • Anonim
        Ebru · 27 İyun 23:5300

        Daymızda ürək tutmadan itirdik bacı((İndi qorxum hər gün dahada artır((İnanki,özümə görə yox mamam üçünn(((Biz onunla nəfəs alırıq((Onada bir şey olsa nə edərik(((Uzaq olsun.Nə bilim bacı hər kəs üzürlü saysın bu gün vaxtınızı aldım.Hamının dərdi səri var ((Kimsi dözüm gətrir mənim kimi kül başda dözə bilçirəm itrmək qorxusu həmişə olub və davam edir..Allah hamıya kömək olsun məndə içində.Bu gün yazıb dəstək -toxtaqlıq verdiyiniz üçün hamınız çox sağ olun.Bəzən nə qədər etsəmdə bacı ürəyim tap gətirmir((Deyirəm kimsənin olmadığı bir yer ola gedəm çıxıram -bağıram isyan edəm((Uzağda olmaqda çox pisdi əlin çatmır ünün yetmir((İnşAllah Allahın yazığı gələr bizlərə mamamda taleyi qardaşına bənzəməz.Allah xəstələrə şəfa versin..

        Cavab yaz
        • Anonim
          Əsranur · 28 İyun 10:0100

          İnan ki Ebruş,o qorxu hissiylə yaşamaq məndə də var.O hiss gələndə təzyiqin qalxır,bütün günü key kimi oluram.Çalışmalıyıq ki beynimizdən çıxaraq.İnşAllah mamaya heç nə olmayacaq.Gedəcəksən,söhbət edəcəksiniz,bir-birinizi görəcəksiniz,hər şey qaydasına düşəcək.Allah qorusun mamanı.Bax,sənə yazmışam ki neçə dəfə yoldaşımın indi öləcəyini düşündüm.Özü də ömür boyu çoxunun əlindən tutan adam olmasına baxmayaraq,onun bu əməliyyatında bir qohumu yaxın düşmədi.Əməliyyat olduqca bahalı əməliyyat olduğu üçün,hamı qorxdu ki zəng edəndə birdən pul istəyərik.Hansı ki biz ömür boyu bir adamdan keçəcəyimiz olmayan adam olmuşuq.Ona görə də vurdum ağır xəstə adamı qoltuğuma,yığdım çamadanları,burdakı nömrəmi də qırdım atdım.Çünki o vaxt axtarmayanların sonradan artistliyi başlarına dəysin.Hər onun halı dönəndə düşünürdüm ki burdan meyidi necə aparacağam,torpaq almamışam harda basdıracağam?Amma,Allah öldürməyəndə ölmürmüş adam.Mama haqqında da ancaq gözəl düşün.Pis şeyləri özünə çəkmə.

          Cavab yaz
        • Anonim
          Əsranur · 28 İyun 10:0200

          Sənə bir xəbər də deyim-artıq sayta döndüm,yanındayam.Səni narahat edən nə varsa yazarsan,bölüşərsən mənimlə istəsən.Səni çox istəyirəm,unutma.(********)

          Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 27 İyun 02:1180

    Həftənin ilk günü gününüz uğurlu,xeyirli olsun.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 27 İyun 02:12150

    Öz qanunları ilə yaşayan Canavar üçün, maraqlı deyil meşənin Kralı kimdir.

    Cavab yaz
    • Anonim
      Belə ola həmişə · 27 İyun 15:4762

      Hələ ki, buraların kralı Sənsən)

      Cavab yaz
    • Anonim
      Cənəvər · 27 İyun 16:3721

      Закон есть закон!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics