Cəmiyyət

Azərbaycanda internetlə bağlı əhaliyə şad xəbər - 2024-cü ildən... - VİDEO

18 May 2022 16:54
1 Şərh     Baxış: 1 512

2024-cü ildə bütün ölkə fiberoptik internetlə təmin olunacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu "Xəzər TV"-nin "Xəbər Ertəsi" proqramında qonaq olan "Aztelekom" MMC-nin şöbə müdiri Emin Quliyev deyib.

Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir. Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırlır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bğlgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var. Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiberoptik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Jk · 18 May 19:0510

    Bizim kendin internet xetti Das dovrunden qalib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics