Cəmiyyət

Cəlilabad şəhərinin bir hissəsində qaz yoxdur - VİDEO

18 May 2022 19:00
0 Şərh     Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad şəhəri, Cavadxan küçəsinin bir hissəsində qaz yoxdur. Küçənin "yeni massiv" adlandırılan hissəsi mavi yanacaqdan məhrumdur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, 8 ildir bu ərazidə məskunlaşıblar. Hər il aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Mövzu ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyindən bildirilib ki, məsələdən xəbərdardırlar. Cavadxan küçəsinin tam olaraq qazlaşdırılması müvafiq dövlət proqramı çərçıvəsində həyata keçirilir.

Əlavə edilib ki, əgər sakinlər mərhələli şəkildə qazlaşmanı gözləmək istəmirlərsə, lisenziyası olan podratçı şirkətlərdən biri ilə razılaşıb qaz xəttlərini çəkdirə bilərlər. ''Bundan sonra "Azəriqaz" İstehsalat Birliyi həmin mənzillərə sayğac quraşdırıb qazla təmin edə bilər'',- deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.