Cəmiyyət

Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT - kanalizasiya xəttinin üzərində obyekt inşa olunur - VİDEO

17 May 2022 19:06
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən elə özbaşınalıqların şahidi oluruq ki, adam deməyə belə söz tapmır. Elə Sumqayıtdakı küçələrdən birində inşa edilən qanunsuz obyekt kimi. Məsələ burasındadır ki, obyekt iri kanalizasiya kollektorunun düz üzərində tikilir. Hansı ki, Sumqayıt kimi böyük bir şəhərin 15 faizinin kanalizasiya suyu  məhz həmin kollektorla axıdılır. Təsəvvür edin, tikilən obyektin ağırlığından və ya içərisində baş verəcək hər hansı hadisə- dağıntıya görə kollektor zədələnərsə bu zaman şəhərin böyük bir hissəsi çirkab sularının altında qalacaq. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iaşə obyekti  yüksək təzyiqli kanalizasiaya xəttinin üzərində inşa olunur. Görüntülər Sumqayıtda lentə alınıb.

Azərsu ASC-nin Sumqayıt su kanal idarəsindən bildirildi ki, qadağan olunan ərazidə tikinti işlərinin aparılmasını ilk onlar bilib. Məhz buna görə tikintinin dayandırıması üçün aidyyatı qrumlara məktub da ünvanlanıb.

Naməlum şəxslər tərəfindən hörgü işləri başlayarkən aidiyyətı qurum tərəfindən  tikintinin dayandırılması tələb edilib. Ancaq buna  məhəl qoyan olmayıb.  Çerkassi küçəsi 153 ünvanında baş verən qanunsuzluqdan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi də xəbərdardır.

Müdaxilələrdən sonra  sözü gedən ünvanda tikinti  sökülüb. Qeyd edək ki, tikilən obyektin ağırlığından və ya içərisində baş verəcək hansısa partlayış və dağıntıya görə kollektor zədələnərsə bu zaman şəhərin böyük bir hissəsi çirkab suların altında qala bilərdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.