Orxan Fikrətoğlu ƏSƏBİLƏŞDİ: "Sakit olun. Mən yemək bişirməyəcəyəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Milli.Az xəbər verir ki, O.Fikrətoğlu yeni təyinatı ilə bağlı "Facebook" hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.
Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.
Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.
Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.
Beşinci kolona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə "Facebook"da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.
Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
XƏBƏR LENTİ
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı





