Cəmiyyət

Görmə məhdudiyyətli şəxsə pensiya təyin edilmir - valideyn narazıdır - VİDEO

9 May 2022 16:30
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda görmə məhdudiyyətli şəxsə pensiya təyin olunması üçün edilən müraciətə cavab verilmir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Masallı rayonu, Bədəlan kənd sakini 2021-ci il təvəllüdlü Mustafa Məmmədovun anadangəlmə gözləri görmür. Valideynləri bunu yalnız 5 aylığında, ötən ilin iyun ayında hiss ediblər.

Körpənin atası Məmməd Məmmədov övladına pensiya təyinatı üçün 3 ay bundan əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Valideyn iddia edir ki, bu müddət ərzində ona müsbət cavab verilməyib.

Onun sözlərinə görə, övladı ilə bağlı məlumatlar hələ də müvafiq elektron sistemə daxil edilməyib.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev bildirib ki, Mustafa Məmmədov somatik xəstəlikdən əziyyət çəkir.

''Körpənin sənədləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agetliyinə göndərilib və Tibbi-Sosial Ekspert Komissiyasının elektron sisteminə daxil edilib. Bir neçə gündən sonra valideynin müraciətinə cavab veriləcək'',- deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.