Cəmiyyət

Beş il əvvəl çəkilmiş yol sıradan çıxıb - VİDEO

9 May 2022 14:37
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astarada 5 il əvvəl çəkilmiş yol artıq sıradan çıxıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Astara rayonunun dağ kəndlərinə aparan Təxtənəkəran-Toradi avtomobil yolundan gedir.

2017-ci ildə tikilərək istifadəyə verilən yolda iri çalalar əmələ gəlib, bir sıra hissələrdə çökmələr yaranıb.

Təxtənəkəran-Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 7000-dən çox sakini istifadə edir.

Sakinlər deyirlər ki, yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb. Nəticədə yoldan istifadə çətinləşib.

Yoldakı problemlərlə bağlı balansında olduğu 49 saylı yol istismarı MMC-yə müraciət etdik.

Qurum rəsmisi Tərlan Ağamalıyev bildirib ki, yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir.

O əlavə edib ki, hazırda yolda təmir işləri aparılır və vəziyyət nəzarətdə saxlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.