Cəmiyyət

Yeniyetmələr arasında kriminal aləmə maraq niyə artıb? - VİDEO

7 May 2022 18:34
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğru aləmi"  "vorzakon"  və  "Aue"  kimi ifadələr bəzi yeniyetmələrin dilində əzbərə çevirilib.

Bu gün onların danışıq tərzləri, hərəkətləri kriminallığa meyllik yaradır və bu da cəmiyyətdə narahatlıq doğurur. Həmin yeniyetmələr sanki cinayətkar əməlləri doğru hesab edir, bu azmış kimi, özlərinə əhatə yaratmağa da çalışırlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Rahibə Axundzadə deyir ki, belə hallara səbəb olan əsas amillər ailə daxilindəki fikir ayrılıqları və valideyinlərin yanlış yönləndirmələridir.

Valideyinlər isə yeniyetmələrdə kriminal hərəkətlərə meyli müxtəlif səbəblərlə əlaqələndirirlər.

Klinik psixoloq Aida Sübhan hesab edir ki, bu məsələdə valideynlərin, eləcə də müəllimlərin üzərinə böyük yük düşür. Psixoloq, həmçinin bir sıra filmlərdəki kriminal obrazların da uşaqların xarakterlərinə mənfi təsir etdiyi qənaətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi  Seymur Məmmədov bildirir ki, təmsil etdiyi qurum tərəfindən bu mövzuda beynəlxalq təcrübə araşdırılıb və yeni layihələr üzərində işlənilir.

Seymur Məmmədov qeyd edir ki, Komitəyə belə uşaqlarla bağlı məlumat Daxili İşlər Nazirliyi tərəfindən göndərilir. Qanunda isə yetkinlik yaşına çatmayanların xuliqanlığına görə valideyinlərə 60 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.