Cəmiyyət

Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi bəyannamə təqdim etməlidirmi?

9 May 2022 22:38
0 Şərh     Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hesabat dövründə heç bir fəaliyyəti olmayan vergiödəyicisi həmin dövr üçün bəyannaməni vaxtında təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunacaqmı?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq "Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış" təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.