Cəmiyyət

Bu gün Azərbaycanda Ramazan bayramıdır

2 May 2022 07:55
3 Şərh     Baxış: 1 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramıdır.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.

Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.