Cəmiyyət

Abşeronda bu ərazi zibilliyə çevrilib - Əraziyə yığışan küçə itləri sakinlər üçün təhlükədir - VİDEO

27 Aprel 2022 18:30
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda bir küçənin ətrafı zibilliyə çevrilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məişət tullantıları avtomobil yoluna qədər gəlib çatıb.

Ərazini üfunət bürüyüb. Pis qoxuya yığışan küçə itləri sakinlər üçün təhlükəyə çevrilib.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ərazidə zibil qutuları olmadığı üçün hər kəs əlinə keçəni elə yolun kənarına atır. Tullantılar vaxtı-vaxtında daşınmadığına görə isə ərazi zibil poliqonuna çevrilib. 

Məsələyə münasibət bildirən Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov problemin texnikaların sayının az olması səbəbindən qaynaqlandığını bildirib.

Qeyd edək ki, çəkilişdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən texnikalar cəlb olunaraq məişət tullantılarının daşınmasına başlanıb. Təmizlik işləri başa çatdıqdan sonra sözügedən küçədə məişət tullantıları üçün yeni qabların qoyulacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.