Cəmiyyət

Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

27 Aprel 2022 13:36
0 Şərh     Baxış: 4 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündən sonra Ramazan ayı başa çatır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli deyir ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.