Cəmiyyət

Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgər mükafatlandırılıb - VİDEO

27 Aprel 2022 13:24
2 Şərh     Baxış: 2 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcərdə 20 nəfəri son anda mina təhlükəsindən xilas edən əsgər Mərdəli Aşurov mükafatlandırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi ona fəxri fərman və məzuniyyət verib.

Mərdəli Aşurov insanları minadan təhlükəsindən xilas etdiyi anlar barədə danışıb.

Mərdəli Aşurov məzuniyyətə çıxaraq doğulub boya-başa çatdığı Qubanın Qımıl kəndinə yollanıb. Onun qəfil gəlişi ailəyə sürpriz yaşadıb.

86 yaşlı nənəsi Asya Aşurova deyir ki, Mərdəlini özü böyüdüb. Bildirib ki, onun uşaqlıqdan hərbiyə marağı böyük olub.

Qəhrəman əsgər Mərdəli Aşurovun atası Fərhad Aşurov isə oğlu ilə qürur duyduğunu deyir. Bildirir ki, onlarda vətən sevgisi tükənməzdir.

Xatırladaq ki, Kəlbəcərin Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən 20 sakini istehkamçı əsgər Mərdəli Aşurov son anda ölümdən xilas edib. O, əraziyə tank əleyhinə mina basdırıldığını hiss edib və təhlükə barədə həmin şəxslərə xəbər verib. Nəticədə illərdir doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyən sakinlər ölümdən qurtulublar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.