Cəmiyyət

"İşə düzəldəcəyəm" deyib 3700 manatını alıblar - Bir ailədən üç nəfəri aldadan qadın kimdir? - VİDEO

22 Aprel 2022 16:48
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini 62 yaşlı Mübariz Məmmədov işə düzəltmək adı ilə aldadılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, o iddia edir ki, iki oğlunun və özünün işə düzəldəcəyi vədinə inanaraq təsadüfi tanış olduğu qadına 3700 manat pul verib.

Ancaq ortada nə iş var, nə də verdiyi pul.

Mübariz Məmmədov iddia edir ki, bir yaxınının evində tanış olduğu qadın onları aldadıb.

Mübariz Məmmədovun sözlərinə görə, Fərqanə adlı qadın onu və övladlarını rayon təhsil şöbələrində texniki vəzifələrə işə düzəltməyə söz veribmiş.

Biz də məsələnin təfərrüatlarını öyrənmək üçün hadisədə adı hallanan qadınla telefon əlaqəsi saxladıq. O, 3 gün ərzində hər gün televiziyamıza gələcəyinə söz versə də, verdiyi sözə əməl etmədi.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı Mübariz Məmmədov ərazi üzrə polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Hazırda iddiaları hüquq- mühafizə orqanları araşdırır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.